Son yeniləmə: 5 Aprel 2022 10:20
Bayraqdar.info – Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğanla Qazaxıstan Prezidenti Qasım-Jomart Toqayev arasında telefon danışığı olub.
Bu barədə Türkiyə Cümhurbaşqanlığı İletişim Başkanlığı məlumat yayıb.
Məlumatda qeyd edilir ki, telefon danışığında Türkiyə-Qazaxıstan əlaqələrini gücləndirəcək addımlar, eləcə də Rusiya-Ukrayna müharibəsi başda olmaqla regional proseslər nəzərdən keçirilib.
Türkiyə Cümhurbaşqanı şərq-qərb marşrutunda Xəzərdən keçməklə Orta Dəhlizin inkişafına yaranan ehtiyacın daha da artdığına işarə edib. Recep Tayyip Erdoğan bu kontekstdə iki ölkə arasında nəqliyyat sahəsində tam sərbəstliyin yaradılmasının zərurətinin ortaya çıxdığını, bu məsələdə təsirli addımlar atmağın faydalı olacağını ifadə edib.
Prezidentlər eyni zamanda qarşılıqlı olaraq Ramazan təbriklərini də çatdırıblar.
Cumhurbaşkanımız @RTErdogan, Kazakistan Cumhurbaşkanı Kasım Cömert Tokayev ile bir telefon görüşmesi gerçekleştirdi.
Görüşmede, Türkiye-Kazakistan ilişkilerini güçlendirecek adımlar ve Rusya-Ukrayna savaşı başta olmak üzere bölgesel gelişmeler ele alındı.
— T.C. İletişim Başkanlığı (@iletisim) April 4, 2022