Press "Enter" to skip to content

Bölgələr üzrə millət vəkillərinin sayı bəlli oldu

Son yeniləmə: 5 Aprel 2022 17:28

Bayraqdar.info – Türkiyənin Yüksek Seçim Kurulu (YSK) əyalətlər üzrə millət vəkili sayına dair yeni qərarını açıqlayıb.

Resmi Gazetedə dərc olunan bu qərara əsasən yeni seçici sayına uyğun olaraq İstanbul və Bayburtun millət vəkillərinin sayı 1 nəfər artıb. Eyni zamanda Eskişehir və Muşun millət vəkillərinin sayı 1 nəfər azalıb.

Xatırladaq ki, 2839 saylı “Millət vəkili seçimi” Qanununun 5-ci maddəsinə əsasən ölkədə keçirilən hər siyahıyaalmanın nəticələrinin dərcindən keçən ən geci 6 ay ərzində YSK seçki dairələri və hər dairəsdən seçiləcək millət vəkili sayını müəyyən etməlidir. Beləliklə, Türkiyədə sonuncu dəfə əhalinin siyahıya alınmasının nəticələrinin 21 dekabr 2021-ci ildə açıqlandığını əsas götürən YSK müvafiq qərar qəbul edib.

Bu qərara əsasən Türkiyə Böyük Millət Məclisinin 600 millət vəkilinin vilayətlər və seçki dairələri üzrə yeni bölgüsü bəlli olub.

Bu bölgüyə əsasən Ankaradan 36, İstanbuldan 98, İzmirdən 28 millət vəkili seçiləcək. Digər vilayətlər üzrə bölgü isə aşağıdakı kimidir: “Adana 15, Adıyaman 5, Afyonkarahisar 6, Ağrı 4, Amasya 3, Antalya 17, Artvin 2, Aydın 8, Balıkesir 9, Bilecik 2, Bingöl 3, Bitlis 3, Bolu 3, Burdur 3, Bursa 20, Çanakkale 4, Çankırı 2, Çorum 4, Denizli 7, Diyarbakır 12, Edirne 4, Elazığ 5, Erzincan 2, Erzurum 6, Eskişehir 6, Gaziantep 14, Giresun 4, Gümüşhane 2, Hakkari 3, Hatay 11, Isparta 4, Mersin 13, Kars 3, Kastamonu 3, Kayseri 10, Kırklareli 3, Kırşehir 2, Kocaeli 13, Konya 15, Kütahya 5, Malatya 6, Manisa 10, Kahramanmaraş 8, Mardin 6, Muğla 7, Muş 3, Nevşehir 3, Niğde 3, Ordu 6, Rize 3, Sakarya 7, Samsun 9, Siirt 3, Sinop 2, Sivas 5, Tekirdağ 8, Tokat 5, Trabzon 6, Tunceli 2, Şanlıurfa 14, Uşak 3, Van 8, Yozgat 4, Zonguldak 5, Aksaray 4, Bayburt 2, Karaman 3, Kırıkkale 3, Batman 5, Şırnak 4, Bartın 2, Ardahan 2, Iğdır 2, Yalova 3, Karabük 3, Kilis 2, Osmaniye 4 ve Düzce 3”.

Yuxarıda da vurğulandığı kimi, bu qərarla iki vilayətdə millət vəkillərinin sayı bir nəfər artıb, ikisində isə bir nəfər azalıb. İstanbuldan seçiləcək millət vəkili sayı 97-dən 98-ə, Bayburtdan seçiləcək millət vəkili sayı isə 1-də 2-yə yüksəlib. Bunun fonunda Eskişehir millət vəkili sayı 7-dən 6-ya, Muşun isə 4-dən 3-ə düşüb.

Mission News Theme by Compete Themes.