Son yeniləmə: 5 Aprel 2022 16:24
Bayraqdar.info – Azərbaycanla İran Hökumətləri arasında Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumu təsdiqlənib. Bu barədə Prezident İlham Əliyev aprelin 5-də Fərman imzalayıb.
Prezidentin Mətbuat xidmətinin yaydığı Fərmana əsasən, Azərbaycanla İran arasında martın 11-də imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında İran ərazisindən keçməklə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumu” təsdiq olunub.
Fərmanda o da bildirilib ki, Nazirlər Kabineti onun müddəalarının həyata keçirilməsi üçün tədbirlər görəcək. Azərbaycan Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi ilə bağlı zəruri olan dövlət daxili prosedurların yerinə yetirildiyi barədə İran Hökumətinə bildiriş göndərəcək.