Press "Enter" to skip to content

Avropa çempionatı: Şahmatçı Abdulla Qədimbəyli ikinci pillədə

Şahmat çempionu

Son yeniləmə: 5 Aprel 2022 09:10

Bayraqdar.info – Sloveniyada kişi şahmatçılar arasında şəxsi Avropa çempionatında təmsilçilərimiz inamlı çıxışlarını davam etdirirlər.

Bu barədə Azərbaycan Şahmat Federasiyasından bayraqdar.info-ya xəbər verilib. Doqquzuncu turda çexiyalı David Navaranı məğlub edən şahmatçı Abdulla Qədimbəyli 7 xalla ikinci pilləyə yüksəlib. Aktivlərində 6,5 xal olan Misrətdin İsgəndərov, Qədir Hüseynov, Vasif Durarbəyli, Nicat Abasov 5-19-cu yerləri bölüşürlər.

“Yarış cədvəlinə 7,5 xalla almaniyalı Matias Blubaum başçılıq edir. İsveçrə sistemi üzrə təşkil olunan yarış 11 turdan ibarətdir. Turnirin ümumi mükafat fondu 100 min avro təşkil edir. Qitə birinciliyinin nəticələrinə əsasən, 20 şahmatçı 2023-cü ildə keçiriləcək dünya kuboku yarışlarına vəsiqə qazanacaq”, – deyə xəbərdə bildirilir.

Mission News Theme by Compete Themes.