Press "Enter" to skip to content

Azərbaycan triatlonçusu Avropa Kubokunda 8-ci olub

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası

Son yeniləmə: 4 Aprel 2022 14:10

Bayraqdar.info – Azərbaycan triatlonçusu Rostislav Pevtsov İspaniyanın Melilla şəhərində keçirilən Avropa kuboku yarışlarında 8-cı olub.

Gənclər və İdman Nazrliyindən bayraqdar.info-ya verilən xəbərdə bildirilir ki, idmançı 69 triatlonçunun mübarizə apardığı yarışı 48 dəqiqə 01 saniyəlik nəticə ilə başa vurub.

“R.Pevtsov 750 metrlik su məsafəsini 6 dəqiqə 20 saniyəyə qət edib. Ardınca idmançı 20 kilometrlik velodistansiyanı 25 dəqiqə 55 saniyəyə başa vurub. Nəhayət, yarışların sonuncu mərhələsi – 5 kilometrlik qaçış zolağını ölkə təmsillçisi 15 dəqiqə 07 saniyə nəticə ilə tamamlayıb. Hazırda Pevtsov İspaniyada təlim-məşq toplanışını davam etdirir”, deyə xəbərdə qeyd edilib.

Mission News Theme by Compete Themes.