Press "Enter" to skip to content

Azərbaycan ordusunun mövqeləri atəşə tutulub

Müdafiə Nazirliyi

Bayraqdar. info – Aprelin 3-ü saat 23:00-da Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Tovuzqala rayonunun Müsürskənd yaşayış məntəqəsində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Tovuz rayonunun Ağdam yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atəşə tutub.

Müdafiə Nazirliyindən aprelin 4-də bayraqdar.info-ya verilən xəbərdə bildirilir ki, Azərbaycan bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb. Ordu sıralarında şəxsi heyət və texnika baxımından itki yoxdur.

Mission News Theme by Compete Themes.