Press "Enter" to skip to content

Parlament nümayəndə heyəti səfirlikdə

Son yeniləmə: 2 Aprel 2022 13:06

Bayraqdar.info – Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti Özbəkistanda rəsmi səfərdədir. Səfər çərçivəsində nümayəndə heyəti Azərbaycanın bu ölkədəki səfirliyində olub.

Bu barədə MM-in Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bayraqdar.info-ya aprelin 2-də məlumat verilib.

Bildirilib ki, Milli Məclisin sədri S.Qafarova və deputatlarımız səfirlikdə Ümummilli lider Heydər Əliyevin büstünün önünə gül dəstəsi düzüblər.

Sonra ölkəmizin Özbəkistandakı səfiri Hüseyn Quliyev nümayəndə heyətinin üzvlərinə burada səfirliyin əməkdaşları və fəaliyyəti üçün yaradılmış şərait haqqında məlumat verib.

Mission News Theme by Compete Themes.