Press "Enter" to skip to content

Münasibətlər strateji əməkdaşlıq səviyyəsinə yüksəlib

Son yeniləmə: 2 Aprel 2022 13:20

Bayraqdar.info – “2022-ci il Azərbaycan İtaliya münasibətlərinin təsis edilməsinin 30 illiyini qeyd edirik. 2022-ci ilin fevral ayında Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya səfəri çərçivəsində iki ölkə arasında strateji tərəfdaşlığın gücləndirilməsinə dair birgə bəyanat xüsusi önəm kəsb edir”.

Bunu xarici işlər naziri Ceyhun Bayramov aprelin 2-də İtaliyanın xarici işlər naziri Luici Di Maio ilə birgə keçirilən mətbuat konfransında deyib.

C.Bayramov bildirib ki, Azərbaycan-İtaliya arasında münasibətlər strateji əməkdaşıq və tərəfdaşlıq səviyyəsinə qədər yüksəlib.

Görüş çərçivəsində Azərbaycan ve İtaliya arasında ilk strateji dialoq haqqında protokol imzalanıb. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva Twitter hesabında qeyd edib.

Sənədi Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Luici Di Maio imzalayıblar.

 

Mission News Theme by Compete Themes.