Press "Enter" to skip to content

Milli Kitabxanada “Aprel döyüşləri” adlı virtual sərgi

Son yeniləmə: 2 Aprel 2022 10:33

Bayraqdar.info – Aprel döyüşlərinin 6-cı ildönümü münasibətilə M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında “Aprel döyüşləri” adlı virtual sərgi açılıb.

Bu barədə bayraqdar.info-ya aprelin 2-də Kitabxanadan məlumat verilib.

Bildirilib ki, virtual sərgidə fotolar, mövzu ilə əlaqədar kitab və məqalələr nümayiş olunur.

Qeyd edilir ki, Azərbaycan ordusunun qələbəsi ilə bitən aprel döyüşlərindən altı il ötür. 2016-cı ildə baş vermiş dördgünlük müharibədə qəhrəman əsgər, gizir və zabitlərimiz təcavüzkar Ermənistan ordusuna ağır zərbələr endirərək 2 min hektardan artıq ərazini işğaldan azad ediblər: “Ötən müddət ərzində işğaldan azad olunan ərazilərdə, o cümlədən aprel qələbəsi ilə düşmən təhlükəsinin uzaqlaşdırıldığı Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində təmir-bərpa işləri aparılıb, orada yeni qəsəbə salınıb, ata-baba yurdlarından didərgin salınan insanlar geri dönüblər”.

Virtual sərgi ilə tanış olmaq istəyənlər bu linkdən istifadə edə bilərlər.

Mission News Theme by Compete Themes.