Press "Enter" to skip to content

İtaliyadan Azərbaycan iqtisadiyyatına yatırılan birbaşa investisiyaların həcmi

Son yeniləmə: 2 Aprel 2022 15:24

Bayraqdar.info – 2021-ci ilin yekunlarına görə Azərbaycanla İtaliya arasında ticarət dövriyyəsi təqribən 10 milyard ABŞ dolları olub.

Bunu xarici işlər naziri Ceyhun Bayramov aprelin 2-də İtaliyanın xarici işlər naziri Luici Di Maio ilə birgə keçirilən mətbuat konfransında deyib.

Nazirin sözlərinə görə, İtaliyanın Cənubi Qafqaz ölkələri ilə olan ticarət dövriyyəsinin 95 faizi Azərbaycanın payına düşür: “İtaliyanın Cənubi Qafqazdan idxal etdiyi məhsulların 50 faizindən çoxunu isə Azərbaycan təmin edir.

C.Bayramov onu da bildirib ki, İtaliyadan Azərbaycan iqtisadiyyatına yatırılan birbaşa investisiyaların həcmi 770 milyon dollar təşkil edib.

“Uzun illər ərzində Azərbaycan İtaliya üçün bir nömrəli neft və neft məhsullarının təchizatçısı olub və bu gün də belədir”, – deyə nazir əlavə edib.

Mission News Theme by Compete Themes.