Son yeniləmə: 1 Aprel 2022 12:17
Bayraqdar.info – Qırğızıstanın keçmiş mədəniyyət naziri, tanınmış yazıçı və dramaturq Sultan Rayev Beynəlxalq Türk Mədəniyyəti Təşkilatına (TÜRKSOY) yeni baş katibi seçilib. Bu barədə qərar quruma üzv ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurasının martın 31-də Türkiyənin Bursa şəhərində keçirilən fövqəladə iclasında qəbul olunub.
Beynəlxalq Türk Akademiyasından bayraqdar.info-ya verilən məlumata görə, iclasda TÜRKSOY-un keçmiş baş katibi Düsen Kaseinov, TÜRKPA-nın baş katibi Mehmet Süreyya Er, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, Azərbaycanın mədəniyyət naziri Anar Kərimov, Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy, Qırğızıstanın mədəniyyət, informasiya, idman və gənclər siyasəti naziri Azamat Jamankulov, Qazaxıtanın mədəniyyət və idman nazirinin müavini Nurkissa Daueşov, Özbəkistanın mədəniyyət nazirinin müavini Muradcan Məcidov və Kuzey Kıbrıs Türk Cümhuriyyətinin turizm, mədəniyyət, gənclər və ətraf mühit naziri Fikri Ataoğlu və qardaş ölkələrin səfirləri iştirak edib.