Press "Enter" to skip to content

Təhsil İnstitutunda təlimlər

Təhsil İnstitutu

Son yeniləmə: 1 Aprel 2022 11:57

Bayraqdar.info – Təhsil İnstitutu ali məktəblərdə pedaqoji fəaliyyətlə məşğul olmaq istəyən, sənayedə və iş dünyasının müxtəlif sahələrində çalışan şəxslər üçün təlimlərə başlayıb.

İnstitutdan aprelin 1-də bayraqdar.info-ya bildirilib ki, bu sahədə bilik və bacarıqların artırılması məqsədilə təşkil olunan təlimlərin əsas mövzuları pedaqoji fəaliyyətdə ilk addım, tədrisin planlaması və tətbiqidir. Həmçinin, ali təhsilin normativ-hüquqi tənzimlənməsi, təhsil prosesində müasir rəqəmsal texnologiyaların tətbiqi, elmi rəhbərlik, tədrisin idarə edilməsi və peşə etikasıdır. Təlimlərdə spiker qismində institutun əməkdaşları çıxış edirlər. Sonda təlimləri uğurla bitirən şəxslərə Təhsil İnstitutu tərəfindən sertifikatlar təqdim olunacaq. Təlimlər 4 həftə davam edəcək.

Mission News Theme by Compete Themes.