Press "Enter" to skip to content

Sənəd qəbulunun müddəti uzadılıb

Son yeniləmə: 1 Aprel 2022 14:38

Bayraqdar.info – Xaricdə doktorantura təhsili ilə bağlı 2022-ci il üçün ilk sənəd qəbulunun müddəti uzadılıb.

Bu barədə bayraqdar.info-ya aprelin 1-də Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura təhsilinin maliyyələşdirilməsi ilə bağlı elan edilmiş sənəd qəbulu 15 aprel 2022-ci il saat 23:59-dək davam edəcək.

Maraqlananlar ətraflı məlumatla bu elan vasitəsilə tanış ola bilərlər.

Mission News Theme by Compete Themes.