Press "Enter" to skip to content

Sədr müavini Gəncədə vətəndaşları qəbul edəcək

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “Azərsu” ASC

Son yeniləmə: 1 Aprel 2022 15:56

Bayraqdar.info – “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədr müavini Köçərli Həsənov aprelin 12-də Gəncə şəhəri, Samux və Kəlbəcər rayonlarından olan vətəndaşları qəbul edəcək. Qəbul mərkəzi icra hakimiyyəti orqanlarının, digər idarəetmə qurumlarının rəhbərlərinin 2022-ci ilin aprel ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq keçiriləcək.

Bu barədə bayraqdar.info-ya aprelin 1-də “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, qəbul saat 10:00-dan başlayaraq Gəncə şəhəri Heydər Əliyev Mərkəzində keçiriləcək. Qəbulda sakinlərin aidiyyəti üzrə müraciətləri dinləniləcək: “Qəbulda COVID-19 xəstəliyinə qarşı 3-cü doza (buster doza) ilə peyvənd olunmuş, birinci və ikinci dozadan tələb olunan müddət keçməmiş, peyvəndləməyə əks göstərişi olan, xəstəliyə yoluxaraq immunitet sertifikatına malik vətəndaşlar iştirak edə bilər. Vətəndaşlar qəbul üçün “Gəncə Sukanal” TSC-yə, Samux və Kəlbəcər Sukanal Sahələrinə, həmçinin 431-47-67 (daxili: 22-92, 22-93) nömrəsi və elektron poçtu vasitəsilə ilə “Azərsu” ASC-yə müraciət edə bilərlər”.

Mission News Theme by Compete Themes.