Son yeniləmə: 1 Aprel 2022 09:58
Bayraqdar.info – Martın 31-də Prezident İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə zəng edib.
Prezidentin Mətbuat xidmətinin yaydığı məlumatda deyilir ki, telefon danışığı əsnasında Azərbaycanın Qarabağ bölgəsindəki vəziyyət müzakirə olunub.
Söhbət zamanı 2020-ci il 10 noyabr, 2021-ci il 11 yanvar və 26 noyabr tarixli üçtərəfli bəyanatların bütün müddəalarının ardıcıl surətdə həyata keçirilməsinin vacibliyi vurğulanıb.