Son yeniləmə: 1 Aprel 2022 12:43
Bayraqdar.info – İmişli rayonunda kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektləri ilə görüş keçirilib. Görüş Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə baş tutub.
KOBİA-dan bayraqdar.info-ya aprelin 1-də verilən məlumata görə, görüşdə 15-ə yaxın sahibkar iştirak edib. Görüşdə İmişli Rayon İcra Hakimiyyətinin, rayonda fəaliyyət göstərən Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Aqrar İnkişaf Mərkəzinin, Suvarma Sistemləri İdarəsinin, “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” ASC-nin və “Prior Leasing” ASC-nin nümayəndələri sahibkarların ehtiyac və təkliflərini dinləyib, onları maraqlandıran sualları cavablandırıblar.
Həmçinin kənd təsərrüfatı sahəsində həyata keçirilən tədbir və layihələr, bu sahəyə olan dəstək mexanizimləri, aqrar sığortanın əhəmiyyəti, əkin sahələrində məhsuldarlığın artırılması və ziyanvericilərə qarşı düzgün mübarizə üsulları, maliyyə mənbələrinə çıxış, müvəkkil banklar tərəfindən verilən biznes və güzəştli kreditlər və s. barədə məlumat verilib.