Son yeniləmə: 1 Aprel 2022 13:05
Bayraqdar.info – “Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Türk Dövlətləri Təşkilatındakı yerini tutmasının nə qədər vacib olduğunu vurğulamaq istərdim”.
Bunu Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Cümhurbaşqanı (KKTC) Ersin Tatar deyib.
KKTC-nin Bakıdakı nümayəndəliyindən bayraqdar.info-ya aprelin 1-də verilən məlumata görə, E.Tatar Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) dəvəti ilə Bursaya səfər edib.
Səfərin nəticələrini mediaya dəyərləndirən Cümhurbaşqanı “Ana vətən Türkiyə və türk dövlətləri ilə aramızda olan bağı gücləndirmək üçün bu cür tədbirlərin təşkilinə böyük əhəmiyyət verdiyimi bildirmək istəyirəm” deyib.
O, həmçinin “Bursadakı təmaslarım zamanı KKTC-ni gücləndirmək və inkişaf etdirmək, Türkiyə Cümhuriyyəti ilə Kıbrıs türk xalqının Doğu Akdenizdəki hüquq və mənafelərinin qorunması sahəsində əməkdaşlığın nə qədər əhəmiyyətli olduğunu bir daha təkrarlamaq imkanım oldu. Bu səbəblə də KKTC-nin Türk Dövlətləri Təşkilatında “müşahidəçi” statuslu dövlət kimi öz layiqli yerini tutmasının vacibliyini bir daha bəyan edirəm”, – deyə əlavə edib.