Press "Enter" to skip to content

Dövlət orqanlarında vakant vəzifələrə müsahibədə iştirak üçün 76 namizəd var

Dövlət İmtahan Mərkəzi

Son yeniləmə: 1 Aprel 2022 13:30

Bayraqdar.info – Dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması üçün martın 18-də elan olunmuş daxili müsahibəyə qeydiyyat davam edir.

Dövlət İmtahan Mərkəzindən bayraqdar.info-ya bildirilib ki, daxili müsahibədə iştirak etmək istəyən namizədlər aprelin 6-sı saat 18:00-dək qeydiyyatdan keçməlidirlər. Aprelin 1-də saat 11:25-ə olan məlumata görə, müsahibədə iştirak etmək üçün 76 namizəd qeydıyyatdan keçib.

“Qeyd edək ki, mərkəzi icra hakimiyyəti və məhkəmə hakimiyyəti orqanları daxil olmaqla elana çıxarılan vəzifələrin 28-i dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər) və 30-u B növünə (inzibati icraçı) aiddir.

“Ümumilikdə isə Ekologiya və Təbii Sərvətlər Nazirliyində 22, İqtisadiyyat Nazirliyində 7, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 6, Dövlət Statistika Komitəsində 6, Dövlət Turizm Agentliyində 4, Maliyyə Nazirliyində 5, Hesablama Palatasında 2, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində 1, Dövlət Şəhərsalma və Arxitektura Komitəsində 1, Qida Təhlükəsizliyi Agentliyində 1, Diasporla İş üzrə Dövlət Komitəsində 1, Sumqayıt Apellyasiya Məhkəməsində 1 və Şirvan Apellyasiya Məhkəməsində 1 vakant vəzifə daxili müsahibə elanına çıxarılıb”, – deyə xəbərdə qeyd edilib.

Mission News Theme by Compete Themes.