Son yeniləmə: 1 Aprel 2022 13:36
Bayraqdar.info -Mədəniyyət Naziriliyi, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Bərpası, Qorunması və İnkişafı üzrə Dövlət Xidməti, AzerNyuMedia Şirkəti və Avto FM-in birgə layihəsi olan “Danışır Şuşa” layihəsi hər həftənin cümə günü öz işini 107.7FM dalğasında davam etdirir.
Mədəniyyət Nazirliyindən bayraqdar.info-ya verilən xəbərdə bildirilir ki, layihənin sponsoru Azman Holdinqdir. “”Bu günə qədər layihənin 10-a yaxın buraxılışı təqdim olunub. Beş rubrukadan – “Unutma”, “Qafqaz mirvarisi”, “Şuşa kimi tarix”, “Şuşa tərzi” və “Zəfər yolu” rubrikalarından ibarət olan layihə əslində Şuşa haqqında məlumatlar, əhvalatları özündə əks etdirir. Qeyd edək ki, layihə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən elan edilmiş “Şuşa söhbətləri” layihəsinin tərkib hissəsidir. Bu günə qədər “Danışır Şuşa!”nın mikrofonu önündə Xalq artisti Fərhad Bədəlbəyli, Əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova, Əməkdar memar Ədalət Məmmədov, Əməkdar artist Tahir İmanov, tarixçi Faiq İsmayılov, Xan-Şuşinski Fondunun rəhbəri Bəyimxanım Cavanşirova-Verdiyeva və digərləri çıxış ediblər.
“Bu həftə “Danışır Şuşa!”da şairə, bəstəkar, bloqqer Zəhra Bədəlbəyli Şuşa ilə bağlı hazırda üzərində çalışdığı yeni layihəsi barədə danışacaq”, – deyə xəbərdə qeyd edilib.