Press "Enter" to skip to content

Daha üç qazi müalicə üçün qardaş ölkəyə göndərilib

Son yeniləmə: 1 Aprel 2022 12:36

Bayraqdar.info – Vətən müharibəsində ağır yaralanan daha üç qazi Alxasov Camal İlqar oğlu, Səfərli Xəyal Mübariz oğlu müalicə üçün Türkiyəyə göndərilib. Məmmədzadə Adəm Gülhəsən oğlu isə müalicəsi davam etdiyindən təkrarən yola salınıb.

Bu barədə bayraqdar.info-ya aprelin 1-də ASAN xidmətdən məlumat verilib.

Bildirilib ki, Əliyev Heydər Zakir oğlu və Ömərov Rüstəm Cianşa oğlu isə müalicəsini tamamlayaraq ölkəyə geri qayıdıb.

Qeyd edilir ki, “YAŞAT” Fondu qazilərin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq. Fond tərəfindən həkim rəyi əsasında ağır yaralı olan qazilərin müalicə üçün xaricə davamlı şəkildə göndərilməsi təmin edilir.

O da xatırladılır ki, bu günə qədər 167 qazi müalicə üçün Türkiyəyə göndərilib. Onlardan 127-nin müalicə proseduru artıq uğurla yekunlaşıb və Vətənə qayıdıblar. Qazilərin qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.

“YAŞAT” Fonduna müraciət etmək və Fondun fəaliyyəti ilə tanış olmaq üçün yashat.gov.az portalı istifadədir. Həmçinin Fondun 8110 “Çağrı” Mərkəzi fəaliyyət göstərir.

Mission News Theme by Compete Themes.