Son yeniləmə: 1 Aprel 2022 16:48
Bayraqdar.info – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələri və müharibə iştirakçılarının özünüməşğulluq proqramı çərçivəsində müvafiq dəstəklə təminatı işləri davam edir. Nazirliyin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən icra edilən özünüməşğulluq proqramı çərçivəsində bu ilin əvvəlindən daha 300-ə yaxın şəhid ailəsi və qaziyə mal və materiallar formasında aktivlər təqdim edilib.
Bu barədə bayraqdar.info-ya aprelin 1-də ƏƏSMN-dən məlumat verilib.
Bildirilib ki, verilmiş aktivlər hesabına onlar kiçik təsərrüfat və müəssisələrini yaradıblar. Proqrama cəlb olunan şəxslər üçün əvvəlcə təlimlər təşkil olunur, onlara kiçik biznesin təşkili və idarə olunması üzrə bilik və bacarıqlar öyrədilir.