Son yeniləmə: 1 Aprel 2022 01:35
Mevlüt Çavuşoğludan Tahsin Ertuğruloğluna böyük dəyər
Bayraqdar.info – Kuzey Kıbrıs Türk Cümhuriyyətinin xarici işlər naziri Tahsin Ertuğruloğlunun Türkiyəyə səfər etdiyi barədə məlumat vermişdik. Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlunun dəvəti ilə baş tutan səfər zamanı T.Ertuğruloğlu Ankarada bir sıra görüşlər keçirib.
Belə ki, səfərin birinci günü T.Ertuğruloğlu Türkiyənin vitse-prezidenti Fuat Oktay tərəfindən qəbul edilib.
Bununla bağlı mətbuata açıqlama verən KKTC-nin xarici işlər naziri F.Oktayla uzun və əhatəli görüş keçirdiklərini bildirib. Qeyd edilib ki, görüşdə Kıbrıs məsələsi ilə yanaşı, daxili siyasət məsələləri də dəyərləndirilib.
Martın 31-də isə T.Ertuğruloğlu M.Çavuşoğlu tərəfindən qəbul edilib. Kıbrıs məsələsi, Doğu Akdenizdəki proseslər və iki ölkə arasındakı əlaqələrin müzakirə edildiyi görüşlə bağlı bir məqam xüsusilə diqqtdən qaçmayıb. Bu da Mevlüt Çavuşoğlu tərəfindən Tahsin Ertuğruloğluna böyük dəyərin verilməsi ilə bağlıdır.
Məsələ burasındadır ki, görüşlə bağlı Twitter hesabında paylaşım edən M.Çavuşoğlu T.Ertuğruloğlunau “dəyərli böyük qardaşım“ adlandırıb: “KKTC xarici işlər naziri, dəyərli böyük qardaşım Tahsin Ertuğruloğlunu qonaq etdik”.
KKTC Dışişleri Bakanı değerli ağabeyim Tahsin Ertuğruloğlu'nu ağırladık. #Kıbrıs meselesi, #Maraş ve #DoğuAkdeniz gibi ortak gündemimizdeki konuları ele aldık.
Kıbrıs Türk halkının egemen eşitliği ve eşit uluslararası statüsünün tescili için birlikte çalışmaya devam edeceğiz. pic.twitter.com/P1kMRKPVDy
— Mevlüt Çavuşoğlu (@MevlutCavusoglu) March 31, 2022