Press "Enter" to skip to content

Bursanın Azərbaycan şəhərlərindən biri ilə qardaşlaşmasını arzulayırıq – ALİNUR AKTAŞ

Anar Kərimov və Alinur Aktaş

Son yeniləmə: 1 Aprel 2022 12:17

Bayraqdar.info – ““Bursa-2022” türk dünyasının mədəniyyət paytaxtında səfərdə olmaqdan məmnunluq duyuram. Yüksək səviyyədə təşkil olunmuş tədbir və mərasimlərdə iştirak etmək böyük əhəmiyyətə malikdir. Qardaş ölkədə əsrarəngiz təbiətə, zəngin mədəni infrastruktura malik olan Bursanın gözəlliyini xüsusilə vurğulayıram”.

Mədəniyyət Nazirliyindən bayraqdar.info-ya bildirildiyinə görə, bu sözləri Türkiyədə səfərdə olan mədəniyyət naziri Anar Kərimov deyib.

Nazir həmçinin, “Bursa 2022” türk dünyasının mədəniyyət paytaxtına dair görüləcək işlər barədə müzakirələrin, qardaş ölkənin bu sahədə olan təcrübəsindən faydalanmağın əhəmiyyətindən danışıb.

Daha sonra Bursa Böyükşəhər Bələdiyyə başçısı Alinur Aktaş mədəniyyət nazirini səmimi salamladıqdan sonra Bursanın Azərbaycan şəhərlərindən biri ilə gələcəkdə qardaşlaşmasını ürəkdən arzuladığını və bu sahədə işlərin aparılması üçün əlindən gələni etməyə hazır olduğunu bildirib. Görüş hər iki tərəfin maraq dairəsində olan məsələlərin müzakirəsi ilə davam edib.

Mission News Theme by Compete Themes.