Son yeniləmə: 1 Aprel 2022 16:50
Bayraqdar.info – Sloveniyada kişi şahmatçılar arasında şəxsi Avropa çempionatı davam edir. Azərbaycan Şahmat Federasiyasından aprelin 1-də bayraqdar.info-ya verilən xəbərdə bildirilir ki, şahmatçılardan üçü liderlər qrupunda mübarizə aparır. Beş turdan 4 xal toplayan Eltac Səfərli, Abdulla Qədimbəyli, Qədir Hüseynov liderlər qrupunda yer alırlar. Digər təmsilçilərimizdən Misrətdin İsgəndərov, Aydın Süleymanlı, Məhəmməd Muradlı, Nicat Abasov, Vasif Durarbəyli və Vüqar Əsədlini liderdən cəmi bir xal ayırır. Aprelin 1-də qitə çempionatında altıncı turun oyunları keçiriləcək.
“İsveçrə sistemi üzrə təşkil olunan yarış 11 turdan ibarətdir. Turnirin ümumi mükafat fondu 100 min avro təşkil edir. Qitə birinciliyinin nəticələrinə əsasən, 20 şahmatçı 2023-cü ildə keçiriləcək dünya kuboku yarışlarına vəsiqə qazanacaq”, – deyə xəbərdə qeyd edilir.