Press "Enter" to skip to content

Aprelin 2-də bəzi bölgələrd temperatur 29 dərəcəyə yüksələcək

Hava

Son yeniləmə: 1 Aprel 2022 15:55

Bayraqdar.info – Azərbaycanda aprelin 2-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən bayraqdar.info-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək.

Səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 7-10 dərəcə, gündüz 15-19 dərəcə isti, Bakıda gecə 8-10 dərəcə, gündüz 16-18 dərəcə isti olacaq. Atmosfer təzyiqi 764 millimetr civə sütunundan 757 millimetr civə sütununa enəcək. Nisbi rütubət 60-70 faiz təşkil edəcək.

“Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 6-11 dərəcə, gündüz 24-29 dərəcə isti, dağlarda gecə 1-6 dərəcə, gündüz 12-17 dərəcə isti olacaq”, – deyə xəbərdə qeyd edilir.

Mission News Theme by Compete Themes.