Son yeniləmə: 1 Aprel 2022 16:03
Bayraqdar.info – Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası Ramazan ayı ilə bağlı fətva verib. Bu barədə bayraqdar.info-ya QMİ-nin Mətbuat xidmətindən bildirilib.
Qeyd olunub ki, QMİ-nin müvafiq sorğusuna əsasən, Azərbaycan Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanasının hesablamalarına görə, bu il üfüqümüzdə hilalın (təzə Ayın) aprelin 1-i görünməsi səbəbindən Ramazan ayının 1-i miladi təqvimlə 2022-ci il aprelin 2-nə təsadüf edəcək.
“Qeyd edək ki, Ramazan bayramı dövlət səviyyəsində 2 gün qeyd olunur. Rəsədxananın verdiyi təqvimə əsasən, mayın 2-3-ü Ramazan bayramıdır.
“Ramazan bayramı şəvval ayının 1-ci günü, Ramazan ayının sonunda, orucun başa çatması münasibətilə qeyd edilir”, – deyə xəbərdə bildirilir.