Press "Enter" to skip to content

Vladimir Putin Türkiyəyə gələcək

Son yeniləmə: 31 Mart 2022 12:02

Mevlüt Çavuşoğludan Ukrayna-Rusiya gərginliyi, Ermənistan və İsraillə münasibətlərlə bağlı önəmli açıqlamalar

Bayraqdar.info – “Vladimir Putin Türkiyəyə gələcək. Yüksək səviyyəli əməkdaşlıq toplantısı keçiriləcək. Kiyevə getmək çox çətindir. Bir neçə ölkənin baş naziri bu şəhərə qatarla 10 saat qət edərək gedib. Əgər gedirsənsə, hər iki tərəfə getməlisən. Biz V.Putinin yüksək səviyyəli əməkdaşlıq toplantısı üçün Türkiyəyə gəlməsini gözləyirik”.

Bunu Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu deyib. Türkiyənin A Haber kanalında canlı yayında qonaq olan nazir bır sıra önəmli açıqlamalar verib.

Ukrayna-Ruisya danışıqlarına toxunan M.Çavuşoğlu “Çox ciddi təhlükə var və biz müharibəni bitirmək üçün mübarizə aparırıq. Bu mövzuda ən çox səy göstərən ölkə Türkiyədir. Ən mənalı nəticə İstanbulda əldə edilib. Ukrayna tərəfsiz siyasətə hazırdı, təminat istəyir. Amma hər şey bitdimi? Bu son deyil. Bəzi məsələlərdə konsensus əldə olunub”, – deyib.

Ermənistanla normallaşma prosesi ilə bağlı sualı da cavablandıran M.Çavuşoğlu bu məsələdə Türkiyənin Azərbaycanla birlikdə addım atdığını deyib. Nazir həmçinin 44 günlük müharibədən sonra yaranmış reallıq fonunda Ermənistanın atmalı olduğu addımlara da toxunub.

Müsahibəsində mayda İsrailə səfər edəcəyini deyən M.Çavuşoğlu hər iki ölkədə səfirlərin yenidən fəaliyyətə başlaya biləcəyinə işarə edib. Nazir İsrail-Türkiyə yaxınlaşmasını ən çox Fələstin tərəfindən arzulandığını da qeyd edib.

Mission News Theme by Compete Themes.