Son yeniləmə: 31 Mart 2022 12:43
Bayraqdar.info – “31 Mart – Azərbaycanlıların Soyqırımı Günündə azərbaycanlı qardaşlarımızla birgə soyqırımı qurbanlarını ehtiramla anır, Türk Dövlətləri Təşkilatı olaraq bölgədə sülhün və əmin-amanlığın təmin edilməsi və insanlığa qarşı bu cür cinayətlərin təkrarlanmaması üçün fəaliyyətimizi davam etdirəcəyimizi bir daha bildiririk”.
Bu fikirlər Türk Dövlətləri Təşkilatının rəsmi Twitter hesabındakı paylaşımında öz əksini tapıb.
'31 Mart Azerbaycanlıların Soykırımı Günü'nde #Azerbaycanlı kardeşlerimizle birlikte soykırım kurbanlarını saygıyla anıyor, @Turkic_States olarak bölgede barış ve huzurun sağlanması ve insanlığa karşı bu tür suçların tekrarlanmaması için çalışmaya devam edeceğimizi yineliyoruz. pic.twitter.com/7Vqm7B2eNf
— Organization of Turkic States (@Turkic_States) March 31, 2022