Son yeniləmə: 31 Mart 2022 15:34
Bayraqdar.info – Şuşa şəhəri 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” seçilib. Bu barədə qərar martın 31-də Beynəlxalq Türk Mədəniyyəti Təşkilatına (TÜRKSOY) üzv ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurasının Türkiyənin Bursa şəhərində keçirilən iclasında qəbul olunub.
Xatırladaq ki, Mədəniyyət Nazirliyindən bayraqdar.info-ya bildirilmişdi ki, martın 30-da geniş ictimaiyyətin iştirakı ilə “Bursa-2022” türk dünyasının mədəniyyət paytaxtı açılış mərasimi baş tutub.
Tədbirdə Azərbaycanı mədəniyyət naziri A.Kərimov, Qırğızıstanı mədəniyyət, məlumat, idman və gənclər siyasəti naziri Azamat Camanqulov, Qazaxıstanı mədəniyyət və idman nazirinin müavini Nurkissa Dauyeshov, Özbəkistan mədəniyyət nazirinin müavini Muradcan Məcidov, Şimali Kipr Türk Respublikası Baş nazirinin müavini, turizm, mədəniyyət, gənclər və ətraf mühit naziri Fikri Ataoğlunun rəhbərliyi ilə nümayəndə heyətləri təmsil ediblər.
Mərasimdə həmçinin, Türkmənistanın Türkiyədəki səfiri İşankuli Amanlıyev, Macarıstanın İstanbuldakı Baş konsulu Laszlo Keller, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının Baş katibi Düsen Kaseinov, TÜRKSOY Baş katibliyinə namizəd Sultanbay Raev, TÜRKPA Baş katibi Mehmet Sureyya Er, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva və digər rəsmi şəxslər, Türk Dövlətləri Təşkilatının Ankaradakı səfirləri də olub.
“Bursa-2022” türk dünyasının mədəniyyət paytaxtının təntənəli açılış mərasimi