Press "Enter" to skip to content

Recep Tayyib Erdoğan tarixi Xivə şəhərində

Son yeniləmə: 31 Mart 2022 11:29

Bayraqdar.info – Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğanının Özbəkistana səfər etdiyi barədə məlumat vermişdik.

Recep Tayyip Erdoğan Özbəkistanda – YENİLƏNİB

Səfərin ilk günü tərəflər arasında rəsmi sənədlər imzalanmışdı.

Özbəkistanla Türkiyə arasında 10 mühüm sənəd

Türkiyə Cümhurbaşqanı səfər çərçivəsində türk İslam tarixinin önəmli mərkəzlərindən olan Xivəni də ziyarət edib.

Bu barədə Türkiyə Cümhurbaşqanlığı məlumat yayıb.

Məlumatda qeyd edilib ki, rəsmi görüşlərdən sonra səfərin ikinci günü Recep Tayyib Erdoğan və xanımı Eminə Erdoğan Daşkənddən Urgənc hava limanına gəliblər.

Səfərdə onları Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, xanımı Ziroat Mirziyoyeva müşayət ediblər.

İki lider və nümayəndə heyətlərinin Xivə şəhərindəki tarixi “İçan Kala”ya gəlməsinin ardınca burada türk adətlərindən nümunələri özündə əks etdirən qarşılanma mərasimi olub.

Sonra liderlər “İçan Kala” memarlıq kompleksində qədim abidələrə baxıblar.

Mission News Theme by Compete Themes.