Press "Enter" to skip to content

Ombudsman Aparatının nümayəndələri HDQ-də olublar

Müdafiə Nazirliyində görüş

Son yeniləmə: 31 Mart 2022 13:41

Bayraqdar.info – Müdafiə Nazirliyi ilə İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı arasında 2022-ci il üçün birgə tədbirlər planına əsasən, Ombudsman Aparatının nümayəndələri Hərbi Dəniz Qüvvələrinin (HDQ) “N” hərbi hissəsini ziyarət ediblər.

Müdafiə Nazirliyindən bayraqdar.info-ya verilən məlumatda bildirilir ki, qonaqlar hərbi hissədə şəxsi heyət üçün yaradılan sosial-məişət şəraiti ilə tanış olub, gəmilər, matros yataqxanası, yeməkxana, tibb məntəqəsi, qərargah binası və digər obyektlərə baş çəkiblər.

“Daha sonra şəxsi heyətlə görüşən Ombudsman Aparatının nümayəndələri insan hüquqları, o cümlədən hərbi qulluqçuların hüquqlarının müdafiəsi ilə bağlı mühazirələr oxuyaraq şəxsi heyəti maraqlandıran sualları cavablandırıblar”, – deyə məlumatda qeyd edilib.

Mission News Theme by Compete Themes.