Press "Enter" to skip to content

Nazirdən sərbəst güləş üzrə Avropa çempionlarına təbrik

Son yeniləmə: 31 Mart 2022 09:29

Bayraqdar.info – Gənclər və idman naziri Fərid Qayıbov martın 30-da bu yaxınlarda Xorvatiyanın Poreç şəhərində keçirilmiş 22 yaşadək boksçular arasında Avropa çempionatında uğurla çıxış etmiş Azərbaycan idmançılarını qəbul edib.

Gənclər və İdman Nazirliyindən bayraqdar.info-ya martın 31-də verilən xəbərdə bildirilir ki, komanda Avropa çempionatında oğlanlar arasında ümumi hesabda 2 qızıl, 1 gümüş, 1 bürünc medalla 39 ölkə arasında 4-cü yeri tutub. Nicat Hüseynov (51 kq) Avropa çempionu olub. Ruslan Qədirov (54 kq) gümüş, Cəlal Qurbanov (63,5 kq) və Nəbi İsgəndərov (67 kq) isə bürünc medal qazanıblar.

“Görüşdə boksçuları qitə çempionatında uğurlu çıxışları münasibətilə təbrik edən Fərid Qayıbov onlara növbəti yarışlarda uğurlar arzulayıb”, – deyə xəbərdə qeyd edilir.

Mission News Theme by Compete Themes.