Son yeniləmə: 31 Mart 2022 07:57
Bayraqdar.info – Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib. İclasda QHT sektorunun ümumi vəziyyətinin qiymətləndirilməsi üzrə Konsepsiya Sənədi layihəsi məsələsinə baxılıb, müzakirələr aparılıb.
Bu barədə bayraqdar.info-ya Agentlikdən məlumat verilib.
Bildirilib ki, gündəlikdə eyni zamanda Agentliyin kənar auditorununun təyin edilməsinə dair Müşahidə Şurasının 21 yanvar 2022-ci il tarixli qərarının icrası haqqında məsələlər öz əksini tapıb.
Müzakirə olunan məsələlərlə bağlı müvafiq qərarlar qəbul edilib.
Sonda Müşahidə Şurasının üzvləri tərəfindən cari məsələlər müzakirə edilib.