Press "Enter" to skip to content

Münasibətlərinin normallaşması üçün geniş imkanlar yaranıb

Ceyhun Bayramov

Son yeniləmə: 31 Mart 2022 15:13

Bayraqdar.info – Yeni dönəmdə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması üçün geniş imkanların yaranıb.

Bayraqdar.info-nun xəbərinə görə, bunu xarici işlər naziri Ceyhun Bayramov martın 31-də Polşanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Zbiqnev Rau ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

Nazirin sözlərinə görə, bu imkanlar arasında ən vacib istiqamət kimi üçtərəfli Bəyanatın şərtlərindən biri olan kommunikasiyaların bərpası üçün işçi qrupun yaradılması qeyd edilə bilər: “Biz bir il bundan əvvəl Azərbaycan Prezidenti tərəfindən ən yüksək səviyyədə elan edilmiş Ermənistanla sülh müqaviləsi üzərində işləmək çağırışı barədə danışdıq. Qeyd etməliyəm ki, bir ilə yaxın müddət ərzində Ermənistan tərəfindən həmin çağırışa heç bir qarşılıq verilməyib”.

Mission News Theme by Compete Themes.