Son yeniləmə: 31 Mart 2022 09:57
Bayraqdar.info – Martın 30-da BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyi və Mediasiya Şurası arasında anlaşma memorandumu imzalanıb.
Bu barədə bayraqdar.info-ya Mediasiya Şurasından məlumat verilib.
Bildirilib ki, sənəd Azərbaycanda olan qaçqınların, sığınacaq axtaranların, vətəndaşlığı olmayan şəxslərin, məcburi köçkünlərin himayəsi və onların hüquqlarının müdafiəsi sahəsində sıx əməkdaşlığı nəzərdə tutur. Memorandum BMT-nin Qaçqınlar üzrə Ali Komissarının Azərbaycandakı nümayəndəsi Guido Ambroso ilə Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov arasında imzalanıb.
“Anlaşma memorandumunun şərtlərinə əsasən, qaçqınların, sığınacaq axtaranların, vətəndaşlığı olmayan şəxslərin və məcburi köçkünlərin hüquqlarının reallaşdırılması məqsədi ilə aidiyyəti qurumların əməkdaşları və mediatorlar üçün bilik və bacarıqların artırılması sahəsində birgə tədbirlər təşkil olunması, hüquqi yardım xidmətlərinin daha effektiv koordinasiyasının həyata keçirilməsi nəzərdə tutulur”, -deyə məlumatda qeyd edilib.