Press "Enter" to skip to content

Mərkəzi Elmi Kitabxana Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı virtual sərgi

MEK

Son yeniləmə: 31 Mart 2022 12:34

Bayraqdar.info – Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası (MEK) 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı virtual sərgini oxuculara təqdim edir.

Kitabxanadan bayraqdar.info-ya verilən xəbərdə bildirilib ki, MEK-in fondlarında qorunan nəşrlərdən ibarət sərgidə Məhəmməd Muradzadənin “Mart hadiseyi əliməsi”, “Erməni terror və quldur birləşmələrinin bəşəriyyətə qarşı cinayətləri: XIX-XXI əsrlər” müxtəsər xronoloji ensiklopediya, “1918-1920-ci illərdə Azərbaycanlıların soyqırımı”, Vilayət Quliyevin “Azərbaycanda erməni zülmü”, Sadir Məmmədovun “Ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş soyqırımı”, “31 Mart soyqırımı: tarixi gerçəkliklər”, Akif Aşırlının “31 Mart soyqırımı: 1918-1920-ci illər mətbuatında” və digər kitablar təqdim olunur.

“Nəşrlərdə erməni şovinistlərinin XVIII əsrin əvvəllərindən etibarən “böyük Ermənistan” xülyasını reallaşdırmaq üçün Cənubi Qafqazın yerli sakinlərinə qarşı etnik təmizləmə siyasəti, Türkiyə və Azərbaycan torpaqları hesabına erməni dövləti yaratmaq xülyası ilə dinc əhaliyə qarşı cinayətlər törədən, azərbaycanlıları amansızcasına qətlə yetirən, onları ata-baba torpaqlarından zorla qovan, əmlaklarını qarət edən, evlərini yandıran, mədəniyyət abidələrini dağıdan ermənilərin cinayətkar əməlləri tutarlı tarixi sənədlər və materiallarla araşdırılıb.

“Qeyd edək ki, oxucular, həmçinin MEK-də ənənəvi şəkildə təşkil olunmuş sərgi ilə yaxından tanış ola bilərlər”, – deyə xəbərdə qeyd edilir.

Mission News Theme by Compete Themes.