Press "Enter" to skip to content

“Dejavü” tamaşası yenidən səhnədə

Azərbaycan Dövlət Pantomim Teatrı

Son yeniləmə: 31 Mart 2022 13:47

Bayraqdar.info – Azərbaycan Dövlət Pantomima Teatrının repertuarında ən maraqlı tamaşalardan hesab edilən “Dejavü” uzun müddətdən sonra yenidən göstəriləcək.

Teatrdan bayraqdar.info -ya verilən xəbərdə bildirilir ki, aprelin 9-da nümayiş olunacaq səhnə əsərinin müəllifləri Səbinə Hacıyeva və Bəhruz Əhmədlidir.

“Səhnə əsərinin müəllifləri həm tamaşaya quruluş verib, həm də rolları ifa edəcəklər. İki nəfərlik tamaşanın musiqi tərtibatçısı isə Əməkdar artist Elman Rəfiyevdir.

“Qeyd edək ki, saat 18:00-da təqdim olunacaq səhnə əsəri kişi və qadın mövzusundan bəhs edir”, – deyə xəbərdə qeyd edilir.

Mission News Theme by Compete Themes.