Son yeniləmə: 31 Mart 2022 16:00
Bayraqdar.info – Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) ilə Ədliyyə Nazirliyi Penitensiar Xidməti arasında 2022-ci il üçün təsdiq edilmiş birgə tədbirlər planı çərçivəsində məhkumların asudə vaxtlarının səmərəli keçirilməsi, vicdan və dini etiqad azadlığının təmin olunması istiqamətində tədbirlər davam etdirilir.
DQİDK-dan bayraqdar.info-ya verilən xəbərdə qeyd edilib ki, Komitə əməkdaşlarının məhkumlarla növbəti görüşü martın 30-da 2 və 17 saylı cəzaçəkmə müəssisələrində baş tutub.
Keçirilən seminar-treninqlərdə məhkumlarla geniş diskussiya aparılıb, onları maraqlandıran suallar cavablandırılıb. Tədbirin sonunda müəssisələrə DQİDK-nın sifarişi ilə hazırlanmış nəşrlər hədiyyə edilib.