Press "Enter" to skip to content

Azərbaycan qanunları “Xilaskar”lara izah edilib

Son yeniləmə: 31 Mart 2022 16:08

Bayraqdar.info – Martın 31-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədr müavini Səyavuş Heydərov “Xilaskar” Yevangelik Lüteranların Bakı dini icmasının sədri Vera Nesterova, icmanın pastoru Lemke Qothard Günter Valter ilə görüşüb.

Komitədən bayraqdar.info-ya bildirilib ki, görüşdə İcmanın fəaliyyəti ilə bağlı yeni imkanlar müzakirə olunub, perspektivlər və qarşıda duran məsələlərdən bəhs edilib. Eyni zamanda, keçiriləcək tədbirlər ətrafında fikir mübadiləsi aparılıb. İcmanın fəaliyyəti ilə bağlı qanunvericiliyin tələbləri izah edilərək qaldırılan məsələnin həllinə köməklik və dəstək göstəriləcəyi diqqətə çatdırılıb.

Sonda icma üzvləri Azərbaycanda dini qurumların, ibadət ocaqlarının fəaliyyəti üçün yaradılan hüquqi-mənəvi şəraitdən razılıqlarını ifadə edərək dövlətin dini konfessiyalara göstərdiyi diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Mission News Theme by Compete Themes.