Bayraqdar.info – Martın 30-da Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Mərkəzi Aparatında “Vətəndaşların müraciətləri” üzrə təlim keçirilib.
Bu barədə bayraqdar.info-ya qurumun mətbuat katibi Dilqəm Şərifov bildirib.
Qeyd edilib ki, təlimi Hüquq və İnsan Resursları Məsələləri şöbəsinin müdiri Ülviyyə Məmmədova aparıb: “Təlimdə tətəndaşların müraciətlərinə dair qanunvericiliyi təşkil edən normativ hüquqi aktlardan ən mühüm olanı “Vətəndaş müraciəti haqqında” Azərbaycan Respublikası Qanunun tələbləri iştirakçılara izah edilməklə yanaşı, bu tələblərə əməl edilməsinin vacibliyi vurğulandı. Tədbir maraqla qarşılandı və işçilərin bu Qanunun icrası ilə əlaqədar sualları cavablandırıldı”.
O da vurğulanıb ki, yaxın vaxtlarda, bu cür təlimlərin Mərkəzi Aparatla bərabər yerli istismar idarələrinin işçi heyəti ilə keçirilməsi də planlaşdırılır.