Son yeniləmə: 30 Mart 2022 14:03
Bayraqdar.info – Kuzey Kıbrıs Türk Cümhuriyyətinin xarici işlər naziri Tahsin Ertuğruloğlu Ankaraya səfər edir. Səfər Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlunun dəvəti ilə baş tutur.
Bu barədə bayraqdar.info-ya martın 30-da KKTC-nin Bakıdakı nümayəndəliyindən məlumat verilib.
Bildirilib ki, iki günlük səfər zamanı T.Ertuğruloğlu bir sıra görüşlər keçirəcək.
Türkiyə Xarici İşlər Nazirliyindən verilən açıqlamada isə deyilir ki, səfər zamanı ikitərəfli əlaqələr, həmçinin Kıbrıs problemi və Doğu Akdenizlə bağlı məsləhətləşmələr aparılacaq.
Kuzey Kıbrıs Türk Cumhuriyeti Dışişleri Bakanı Sayın Tahsin Ertuğruloğlu’nun Ülkemizi Ziyareti Hk. https://t.co/cTWilLDnON pic.twitter.com/FyfhAzaQBb
— T.C. Dışişleri Bakanlığı (@TC_Disisleri) March 29, 2022
[…] Tahsin Ertuğruloğlu Ankarada görüşlər keçirəcək […]