Press "Enter" to skip to content

Özbəkistanla Türkiyə arasında 10 mühüm sənəd

Son yeniləmə: 30 Mart 2022 10:23

Bayraqdar.info – Xəbər verdiyimiz kimi Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğan Özbəkistana səfər edib.

Recep Tayyip Erdoğan Özbəkistanda – YENİLƏNİB

Səfər çərçivəsində Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğan Türkiyə-Özbəkistan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 2-ci İclasında iştirak ediblər. İclasda hər iki ölkə lideri önəmli açıqlamalar veriblər.

Məsələn Ş.Mirziyoyev bəyan edib ki, Özbəkistan bundan sonra da Türkiyə ilə çoxplanlı əməkdaşlığın inkişafında maraqlıdır.

R.T.Erdoğan isə bildirib ki, ölkələr arasında strateji tərəfdaşlıq münasibətləri bütün sahələrdə qarşılıqlı etimad şəraitində durmadan inkişaf edir. O, qeyd edib ki, ölkələr arasında ticarət və investisiya qoyuluşu dinamik inkişaf edir. Son illərdə ticarət dövriyyəsi 2,5 dəfə artıb və 3,6 milyard dollara çatıb. Birgə müəssisələrin həcmi beş dəfə artıb və 2 minə çatıb. İnvestisiya sahəsində əməkdaşlıq göstəriciləri 70 dəfə artıb.

Bir çox sahələrdə əməkdaşlığın daha da dərinləşdirilməsi məsələlərinin müzakirə edildiyi iclasın sonunda Özbəkistanla Türkiyə arasında əməkdaşlığın yeni səviyyəyə qaldırılması ilə bağlı mühüm sənədlər imzalanıb.

İmzalanmadan sonra keçirilən mətbuat konfransında R.T.Erdoğan iki ölkə arasında 10 mühüm sənədin imzalandığını bəyan edib.

Səfər çərçivəsində R.T.Erdoğan və Ş.Mirziyoyev iki ölkə arasında qardaşlığın rəmzi olan dostluq ağacı əkib. Türkiyə Cümhurbaşqanı həmçinin Türk Enerji İnvestisiyalarının onlayn təməlatma mərasimində də iştirak edib.

3 Comments

Comments are closed.

Mission News Theme by Compete Themes.