Press "Enter" to skip to content

Otuz səkkiz nəfər Azərbaycan vətəndaşı Almaniyadan ölkəyə geri qəbul edilib

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti

Son yeniləmə: 30 Mart 2022 15:34

Bayraqdar.info – “Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Saziş çərçivəsində martın 29-da 38 nəfər Azərbaycan vətəndaşı Almaniya Federativ Respublikasından ölkəyə geri qəbul edilib.

Dövlət Miqrasiya Xidmətindən bayraqdar.info-ya bildiriblər ki, geri qəbul prosesi Nazirlər Kabineti yanında Operativ Qərargahın pandemiya ilə əlaqədar müəyyənləşdirdiyi qaydalar çərçivəsində həyata keçirilib.

“Qeyd edək ki, fəaliyyəti DMX tərəfindən əlaqələndirilən Reinteqrasiya üzrə İşçi Qrupu readmissiya olunan Azərbaycan Respublikası vətəndaşlarının yerli cəmiyyətə reinteqrasiyası və üzləşə biləcəkləri mümkün çətinliklərin həlli istiqamətində müvafiq tədbirlər görür”, – deyə xəbərdə bildirilir.

Mission News Theme by Compete Themes.