Press "Enter" to skip to content

Milli parkda “Açıq qapı” günü keçiriləcək

Göygöl Milli Parkı

Son yeniləmə: 30 Mart 2022 17:10

Bayraqdar.info – Kiçik Qafqaz sıra dağlarının şimal-şərq yamacında yerləşən, əsrarəngiz göllərlə əhatə olunan və füsunkarlığı ilə dünyada məşhur olan Göygöl Milli Parkının aprelin 1-i yaranma günüdür. Bu münasibətlə həmin gün milli parkda “Açıq qapı” günü keçiriləcək.

Bunu martın 30-da bayraqdar.info-ya Bioloji Müxtəlifliyin Qorunması Xidmətindən bildiriblər.

“Yüksək dağlıq və meşəlik landşafta malik olan milli parkda adları Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na daxil edilmiş nəcib maral, qonur ayı, vaşaq, Xəzər uları, Qafqaz tetrrası, cırtdan, qartalça, kütyarpaq püstə, Qafqaz səhləbi, kiçik süsən və s. kimi flora və fauna növləri yayılıb.

“İstirahətinizi açıq havada, təbiət gözəlliklərindən zövq alaraq maraqlı keçirmək istəyirsinizsə, Göygöl Milli Parkı yolunuzu gözləyir. Zəngin biomüxtəlifliyə malik milli parkda müxtəlif yaş kateqoriyasına uyğun 10 marşrut fəaliyyət göstərir ki, turistlər həmin marşrutlar boyunca unikal təbiət mənzərələrini seyr edə, onlar üçün ayrılmış piknik yerlərində dincələ bilərlər.

“Qeyd edək ki, Göygöl Milli Parkı ətraf mühitin mühafizəsi, nəsli kəsilməkdə olan nadir flora və fauna növlərinin qorunub saxlanılması və ekoturizmin inkişaf etdirilməsi məqsədilə Prezidentin 2008-ci il 1 aprel tarixli Sərəncamı ilə yaradılıb”,- deyə xəbərdə bildirilib.

Mission News Theme by Compete Themes.