Press "Enter" to skip to content

Martın 31-də Abşeron yarımadasının bəzi yerlərində qısamüddətli yağış yağacaq

Yağış

Son yeniləmə: 30 Mart 2022 16:51

Bayraqdar.info – Azərbaycanda martın 31-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən bayraqdar.info-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin günün birinci yarısında yarımadanın bəzi yerlərində duman olacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 5-8 dərəcə, gündüz 12-16 dərəcə isti, Bakıda gecə 5-7 dərəcə, gündüz 14-16 dərəcə isti olacağı ehtimal edilir. Atmosfer təzyiqi 762 millimetr civə sütunundan 767 millimetr civə sütununa yüksələcək. Nisbi rütubət 60-70 faiz təşkil edəcək.

“Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi yerlərdə havanın yağıntılı olacağı proqnozlaşdırılır. Ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 3-8 dərəcə, gündüz 17-22 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 8-13 dərəcə isti olacağı bildirilir”, – deyə məlumatda bildirilir.

Mission News Theme by Compete Themes.