Press "Enter" to skip to content

Kıbrıs yunan adası olmayacaq

Ersin Tatar

Son yeniləmə: 30 Mart 2022 14:25

Bayraqdar.info – “Bizim xoş niyyətimizlə bərabərlik əsasında bir razılaşma anlayışımızdan fərqli olaraq, onların anlayışı Kıbrısın yunan adasına çevrilməsi üçün qapını həmişə açıq qoymaqdır. Verdikləri mesaj da məhz budur”.

Məlumata əsasən bunu Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Cümhurbaşqanı Ersin Tatar rum tərəfinin lideri Nikos Anastasiadisin açıqlamasına münasibətində bildirib. Verilən məlumata görə, N. Anastasiadis EOAK terror təşkilatının qanlı əməllərini dəstəkləyən helenizmi (adanın yunanlaşdırılması) təbliğ edən açıqlamasını sərt şəkildə qınayıb.

E.Tatar daha sonra deyib: “Sən hələ də 1821-ci il ritorikasını təkrarlayır və helenizm tərəfdarlarını sevindirəcək mesajlar verirsənsə, mən sənin xoş niyyətinli olduğuna şübhə edirəm. Aydındır ki, sənin düşüncəndəki razılaşma helenizmə qapını açıq qoyan, Kıbrıs türklərinin bərabərliyinə hörmət etməyən bir anlayışdır”.

Açıqlamasında Kıbrıs türklərinin Türkiyə ilə eyni mövqedən çıxış etdiyini və Doğu Akdenizdəki balansın bir elementi olduğunu vurğulayan E.Tatar Türkiyənin zəmanətindən imtina edilməyəcəyini bildirib.

Cümhurbaşqanı Ukraynada baş verənlərin Türkiyənin zəmanətinin Kıbrıs türkləri üçün nə qədər əhəmiyyətli olduğunu bir daha göstərdiyini, hətta “artıq zəmanətə ehtiyac yoxdur” deyənlərin də Ukraynadakı vəziyyəti gördükdən sonra fərqli düşünməyə başladığını vurğulayıb.

Mission News Theme by Compete Themes.