Son yeniləmə: 30 Mart 2022 15:12
Bayraqdar.info – Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov İordaniyanın İnvestisiya Nazirliyinin Baş katibi Zaher Əl-Qatarneh və İordaniya İş Adamları Assosiasiyasının Baş direktoru Tariq Hicazi ilə görüşüb. Görüş Dubayda keçirilən 11-ci İllik İnvestisiya Toplantısı çərçivəsində baş tutub.
Bu barədə bayraqdar.info-ya martən 30-da KOBİA-dan məlumat verilib.
Bildirilib ki, görüşdə hər iki ölkənin KOB-ları arasında əməkdaşlıq imkanları nəzərdən keçirilib. Həmçinin sahibkarların və agentliyin nümayəndələrinin İordaniyaya nəzərdə tutulan səfərinə dair müzakirələr aparılıb.