Press "Enter" to skip to content

Fövqəladə Hallar Nazirliyi Xaçmaz rayonunda təlim keçirib

Xaçmazda təlimlər

Son yeniləmə: 30 Mart 2022 18:07

Bayraqdar.info – Fövqəladə Hallar Nazirliyinin (FHN) Şimal Regional Mərkəzi və Xüsusi Riskli Xilasetmə Xidməti Xaçmaz rayonunda birgə təlim keçirib.

FHN-in mətbuat xidmətindən bayraqdar.info-ya bildiriblər ki, təlim fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı idarəetmənin təşkili istiqamətində aparılıb. Hündürmərtəbəli binalardan, kimyəvi zəhərlənmə ocaqlarından, sel, torpaq sürüşməsi və digər təbii fəlakət zonalarından, mürəkkəb relyefli ərazilərdən zərərçəkmişlərin təxliyəsi üzrə şəxsi heyətin bilik və bacarıqlarının daha da təkmilləşdirilməsi əyani olaraq göstərilib. Həmçinin, qarşılıqlı fəaliyyətin təşkili istiqamətində təcrübənin artırılması məqsədilə keçirilib. Təlim plana uyğun keçirilib və qarşıya qoyulan məqsədlərə nail olunub. Sonda xilasedicilərin fəaliyyəti təhlil olunub, müvafiq tapşırıqlar verilib.

Mission News Theme by Compete Themes.