Son yeniləmə: 30 Mart 2022 15:31
Bayraqdar.info – Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dövlət qulluğu vəzifələrinin B növünə aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə aprelin 10-da keçiriləcək test imtahanına qeydiyyat davam edir.
DİM-dən bayraqdar.info-ya bildirilib ki, imtahanda iştirak etmək üçün qeydiyyat martın 31-i saat 11:00-dək aparılacaq. İmtahan Bakı şəhərində keçiriləcək və namizədlər üçün 2000 yer ayrılıb. Bu gün saat 15:00-dək olan məlumata görə, imtahanda iştirak etmək üçün 1739 (BA – 454, BB – 1285) namizəd qeydiyyatdan keçib.
“İmtahanların başlanma saatı və yeri barədə məlumat imtahandan 5 gün əvvəl DİM-in saytına yerləşdiriləcək “İmtahana buraxılış vərəqəsi”ndə qeyd olunacaq”, – deyə xəbərdə bildirilir.