Press "Enter" to skip to content

Azərbaycan ilə Böyük Britaniya arasında müdafiə sahəsində əməkdaşlıq

Son yeniləmə: 30 Mart 2022 16:34

Bayraqdar.info – Martın 30-da müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkədə səfərdə olan Böyük Britaniyanın Silahlı Qüvvələr naziri, Böyük Britaniya parlamentinin üzvü cənab Ceyms Hippinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyindən bayraqdar.info-ya verilən xəbərdə bildirilir ki, qonaqları salamlayan müdafiə naziri ölkələr arasında əlaqələrin inkişaf etdirilməsinin Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin daim diqqət mərkəzində olduğunu qeyd edib.

“General-polkovnik Z.Həsənov Ali Baş Komandanın rəhbərliyi ilə Vətən müharibəsində qazanılan qələbədən sonra azad edilən ərazilərdə görülən işlər, eyni zamanda, Qarabağ iqtisadi zonasında və Azərbaycan-Ermənistan dövlət sərhədindəki vəziyyətlə bağlı ətraflı məlumat verib.

“Həmçinin, nazir Birləşmiş Krallığın BMT-nin İnkişaf Proqramı çərçivəsində Azərbaycanda ərazilərin mina və partlamamış döyüş sursatlarından təmizlənərək zərərsizləşdirilməsi məqsədilə göstərdiyi dəstəyinə görə təşəkkürünü bildirib.

“C.Hippi öz növbəsində ölkələr arasında qarşılıqlı səfər və görüşlərin ikitərəfli əlaqələrin genişlənməsi üçün mühüm əhəmiyyət kəsb etdiyini deyib. Sonda hərbi sahədə əməkdaşlığın perspektivləri və digər mövzular ilə bağlı fikir mübadiləsi aparılıb”, – deyə xəbərdə bildirilir.

Mission News Theme by Compete Themes.